“Mitinq radikalların sosial bazasının azaldığının nümunəsi idi” - AÇIQLAMA

"Oktyabrın 27-də keçirilən mitinq "Milli Şura" ideyalarının cəmiyyət tərəfindən dəstəklənməməsinə ciddi mesaj idi". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə çıxış edib. Millət vəkilinin sözlərinə görə, son mitinq bir daha göstərdi ki, bu qüvvələr radikallıqdan əl çəkmək niyyətində deyillər: " Bu mitinq radikalların illər keçdikcə sosial bazasının azaldığının bariz nümunəsi idi. Onların dövlətə meydan oxuması, heç nəyə baxmayaraq öz siyasi istəklərini ortaya qoymaları radikalların hələ də sivil və demokratik dəyərlər çərçivəsində yaşamağa hazır olmamalarını göstərir". Aydın Mirzəzadə onu da eyib ki, radikal müxalifət hər zaman olduğu kimi təcrübəsiz, emossional gənclərdən qərəzli siyasi məqsədləri üçün istifadə etməyə çalışır: "Belə çağırış daha çox təcrübəsiz, emossional gənclərə hesablanıb. Radikal müxalifət hər zaman olduğu kimi, bu gənclərdən qərəzli siyasi məqsədlər üçün istifadə etməyə çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00