Xalq müxalifətə inanmır

"Son mitinq bir daha göstərdi ki, xalq müxalifətə inanmır və öz gələcəyini onlarla bağlamaq fikrində deyil". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri eks-spiker Rəsul Quliyev öz facebook profilində Milli Şuranın 27 oktyabr mitinqinə münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, mitinqdəki çıxışlar göstərdi ki, müxalifət liderləri real siyasətçilər yox, özləri kimi şüar deyənlər hazırlayırlar: "Son mitinq bir daha göstərdki Milli Şura deyilən təşkilat zəifləmiş İctimai Palata plyus Cəmil Həsənlidən ibarətdir". Rəsul Quliyev bildirib ki, müxalifətin xalqa deməyə sözü yoxdur: "2 saatlıq mitinq 55 dəqiqə çəkdi. Bundan əvvəlki mitinqdə camaatın dağılıb getməsi qorxusundan 1 saat 15 dəqiqəyə qurtarmışdı. İndi bunu hava şəraiti ilə əlaqələndirəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00