“Erməni vəhşilərindən qisasımızı misli ilə aldıq”
26 Fevral 14:07 SiyasətBQP başqanı, Millət vəkili Fazil Mustafa:
"Xocalı, Ağdaban, Başlıbel faciələri, soydaşlarımızın vətənlərindən zorla çıxarılması və torpalqarımızn işğalı İrəvandan düyməyə basılan planın tərkib hissələri olub"
"Erməni vəhşilərindən qisasımızı misli ilə aldıq"
33 il bunan əvvəl erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə aylarla blokada şəraitində saxladıqları Xocalıya hücum edərək mislinə az-az rast gəlinən faciə törətdilər. Bu şəhəri ələ keçirmələri, insanları soyqırıma məruz qoymaları, sonralar bütünlüklə Qarabağın köklü əhalidən təmizlənməsi icra edilən vahid erməni stratefiyasının tərkib hissəsi idi.
Xocalı, Ağdaban, Başlıbel faciələri, ondan əvvəl Qərbi Azərbaycandan soydaşlarımızın zorla çıxarılması, Qarabağ və Şərqi Zəngəzurun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi keçmiş Sovet İttifaqının çöküşündən xeyli əvvəl, İrəvandan düyməyə basılan planın bir parçaları olub. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın bu yaxınlarda 1993-cü ilin iyuluna, Ağdam şəhərinin işğalından dərhal sonraya təsadüf edən açıqlamalarının ictimailəşməsi nəticəsində səsləndiridiyi fikirlər bunun sübutudur. Onun başçılıq etdiyi hərəkat "Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemin öhdəsindən gələ biliblər, həmin ərazilər digər xalqlardan tamamilə təmizlənib" sözləri etnik təmizləmə aparılmasının Ermənistanın ali siyasi iradəsi tərəfindən birbaşa etirafıdır.
Ter-Petrosyandan sonra Ermənistana rəhbərlik etmiş digər prezidentlərin də eyni mövqedən çıxış etmələri erməni cəmiyyətində hökm sürən şovinist, faşist əhval-ruhiyyənin rəsmi siyasətdə tətbiqinin davamıdır.
Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırım aktı olmasını beynəlxalq hüququn normaları da təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilib. Xocalı soyqırımı mahiyyət etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibi İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların nizamnaməsində ifadə olunub.
Təbliğatda erməni tezislərini söndürmək üçün və şəhid edilən həmvətənlərimizin xatirəsini əziz tutmaq üçün biz hadisəni daim yadda saxlamalı, həlak olanları xatirəsini anmalı və yüksək səviyyədə qeyd etməliyik. Bu bizim birmənalı vəzifəmiz və mənəvi borcumuz olmalıdır. Ölkəmizə qonaq kimi gələnlərin yaddaşında erməni vəhşiliyini göstərmək üçün təbliğat vasitəsi kimi də istifadə etməliyik. Xocalı faciəsinin tanıdılması, soyqırım haqqında faktların dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun sistemli və ardıcıl fəaliyyəti olduqca təqdirəlayiqdir. Fondun dəstəyi ilə əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdan ibarət olan "Xocalıya ədalət!" beynəlxalq informasiya və təşviqat kampaniyasının xidməti danılmazıdr. Bütün bu faəliyyətlər öz müsbət nəticəsini dünya miqyasında verməkdədir. Getdikcə daha şox ölkələrin parlamentləri tərəfndən həmin faciə soyqırım kimi tanınmaqdadır.
Ötən gün Xocalı şəhərində xalqımıza qarşı törədilmiş soyqırımın beynəlxalq səviyyədə tanıdılması və bu faciə qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı ölkə başçısının verdiyi Sərəncam bu mənada böyük əhəmiyyət kəsb edir.
Bütün bunlarla paralel olaraq, əsas diqqətimizi Qarabağda məskunlaşmaya yönəltməli, bütün gücümüzü ordu quruculuğuna ayırmalıyıq. Yaxın keçmişə qədər biz gücsüz idik və Qarabağa yalnız Lələtəpədən boylanıb, baxa bilirdik və torpaqları qısa müddətə geri qaytara biləcəyimizlə bağlı hər hansı bir ümidimiz də yox idi. Amma 44 günlük müharibənin sonunda biz bu zəfəri əldə etdik və bu bizim üçün yeni bir eranın başlanğıcıdır. Ona görə də bundan sonra biz diqqətimizi daha çox gələcəyə yönəltməliyik. Bu gün biz düşünməliyik ki, 5 ildən sonrakı dövrdə hansı addımlar ataq ki, bu bizim üçün təhlükəyə çevrilməsin. Yəni soyqırım məsələsinin təbliğindən də vacib Qarabağın bütün şəhər və kəndlərində məskunlaşmanın yekunlaşdırılması və ermənilərlə yeni münasibətlərin diktə olunmasıdır.
Şükürlər olsun ki, bu gün təsəlli üçün kifayət qədər əsasımız var. İlk növbədə təsəllimiz odur ki, erməni vəhşilərindən qisasımızı misli ilə aldıq, təsəllimiz odur ki, 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı, İşğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi Xocalıda da hazırda sürətli bərpa-quruculuq işləri davam etməkdə, insanlar doğma ocaqlarına qayıtmaqdadır.