İkitərəfli əməkdaşlıqda yeni mərhələ- ÖZƏL
11:58 Siyasət"Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Çex Respublikasının baş naziri Andrey Babiş arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar iki ölkə münasibətlərinin dinamik inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu görüşlər çərçivəsində siyasi- iqtisadi və strateji əhəmiyyət kəsb edən məsələlər geniş şəkildə müzakirə olunub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Dövlətimizin başçısı vurğulayıb ki, bizim indi çox fəal siyasi dialoqumuz var. Aparılan müzakirələrin məzmunu və əhatə dairəsi əməkdaşlığın gələcək inkişafına əlverişli zəmin yaradır. Görüşdə yalnız ikitərəfli münasibətlər deyil, eyni zamanda regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər münasibətləri daha geniş kontekstdə qiymətləndirir və əməkdaşlığı yalnız konkret sahələrlə məhdudlaşdırmaq niyyətində deyil.
İqtisadi sahə görüşlərin əsas istiqamətlərindən biri olub, ölkəmizə gələn Çexiya iş adamlarının iştirakı ilə keçirilən biznes forum yeni əlaqələrin qurulması və mövcud layihələrin genişləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir. Hazırda ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması olduqca müsbət göstəricidir. Bu baxımdan tərəflər iqtisadi əlaqələrin daha balanslı və şaxələndirilmiş formada inkişaf etdirilməsi məqsədilə konkret təklifləri müzakirə ediblər. Sərmayə qoyuluşu və qeyri-neft sektorunda birgə layihələrin reallaşdırılması bu istiqamətdə əsas prioritetlərdən biri kimi çıxış edir".