Həmin komandirdən Türkiyə ilə bağlı daha bir qalmaqallı AÇIQLAMA
11:53 DünyaUqanda Müdafiə Qüvvələrinin komandanı Muhoozi Kainerugaba sosial mediada etdiyi paylaşımlarla yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, o, daha əvvəl Türkiyənin ən gözəl qadınını həyat yoldaşı kimi istədiyini yazdığı üçün tənqid olunmuşdu. Bu dəfə isə "beş türk qadını ilə evləndiyini" iddia edərək yeni qalmaqala səbəb olub.
Kainerugaba paylaşımlarında Türkiyəyə qarşı sərt və təhdidedici ifadələr də işlədib. O, "əgər təhdid davam etsə, nəticələr olacaq" və "müharibə mümkündür" kimi sözlər yazıb. Həmçinin Türkiyədən müəyyən şəxsin təhvil verilməsini tələb etdiyi iddia olunur.
Məlumata görə, onun açıqlamalarında adı çəkilən şəxs Fred Kajubi Lumbuye-dir. O, Uqanda hökumətinə müxalif mövqeyi ilə tanınır və illər əvvəl Türkiyədə olduğu bildirilir.
Kainerugaba daha əvvəl də Türkiyə ilə bağlı qalmaqallı açıqlamalar vermişdi. O, hətta 1 milyard dollar tələb etdiyini və tələblər yerinə yetirilməsə diplomatik addımlar atacağını bildirmişdi.
Bu son paylaşımlardan sonra Uqanda Xarici İşlər Nazirliyi Türkiyənin Kampaladakı səfiri Mehmet Fatih Ak ilə görüş keçirib.
Görüşün iki ölkə arasında gərginliyi azaltmaq məqsədi daşıdığı bildirilir.