“Orxan Zeynalov məsələsi bir bəhanə idi” - MİLLƏT VƏKİLİ

"Düşünmürəm ki, bizim atmış olduğumuz hər hansı  addım Kremlin siyasi iradəsinin ifadəsi olan bu cür halların qarşısını almağa haradasa kömək edəcək. Çünki, burada niyyət başqadır". Bunu deyən millət vəkili Fəzail Ağamalının sözlərinə görə,  Orxan Zeynalov məsələsi bir bəhanə idi: "Azərbaycana qarşı təzyiq etmək, onu Avrasiya İttifaqına cəlb etmək kimi niyyətlər bütün sahələrdə özünü göstərməkdədir. Buna baxmayaraq, biz Rusiyada yaşayan soydaşlarımızı taleyin ümidinə buraxmamalı, ən azı onların yanında olduğumuzu  ifadə etməliyik. Bu istiqamətdə Azərbaycanın diplomatik yollarla atmış olduğu addımlar tədqir olunmalıdır. Ancaq bununla kifayətlənmək olmaz. Bütün mümkün addımları atmalıyıq ki, Rusiyanın siyasi iradəsini ifadə edən qərarlar radukal notlarla müşayiət olunmasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00