Türkiyə Cümhuriyyətinin qurulmasının 90 illiyi qeyd olunacaq

Şərqşünaslıq İnstitutu Türkiyə Cümhuriyyətinin qurulmasının 90-cı ildönümü münasibətilə konfrans keçirəcək. İnstitutdan "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki,
tədbir oktyabrın 28-də baş tutacaq. Türkiyə Cümhuriyyətinin qurulmasının 90-cı ildönümü münasibətilə AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Qafqaz Universitetinin birgə təşkil etdiyi "Türkiyə Cümhuriyyəti-90" mövzusunda beynəlxalq elmi konfrans saat 11:00-də öz işinə başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00