“Türkiyəni GB-da görmək Nazarbayevin arzusudur” - Qabil Hüseynli

“Rəsmi Ankaranın qarşısında duran əsas prioritet məsələ Türkiyənin Avropa İttifaqına üzv olmasıdır”

"Türkiyənin Gömrük Birliyinə üzv olması mümkün deyil. Gömrük Birliyinin elə şərtləri var ki, bu Türkiyənin NATO və Avropa İttifaqı kimi hədəflərinə mane olur" - politoloq Qabil Hüseynli Türkiyənin Gömrük Birliyinə üzv olması məsələsinə münasibət bildirərkən belə deyib. Q.Hüseynli hesab edir ki, rəsmi Ankaranın qarşısında duran əsas prioritet məsələ Türkiyənin Avropa İttifaqına üzv olmasıdır. Həmçinin həmin istiqamətdə olan prosesləri sürətləndirməkdir. Politoloq qeyd etdi ki, bu konteskstdə Türkiyənin Gömrük Birliyində iştirakı absurddur: "Türkiyənin Rusiyanın layihəsində iştirakı Nursultan Nazarbayevin arzusudur. Həmin təklif Qazaxıstan prezidenti tərəfindən irəli sürülüb. Amma türkiyəli rəsmilərdən həmin məsələyə münasibət bildirilməyib. Türkiyə tərəfinin GB-ya müsbət cavab verəcəyi inandırıcı deyil, çünki bu ölkə NATO üzvüdür. Digər tərəfdən Avropa İttifaqına üzvlük üçün namizəddir. Son zamanlarda Türkiyədə həyata keçirilən islahatlar nəticəsində bu ölkənin Avropa İttifaqının tamhüquqlu üzv olmasının qarşısında yolların açıldığını görmək mümkündür. Belə olan halda da bu ölkənin GB-ya üzv olması mümkün deyil". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00