Müdafiə Nazirliyinin idarə rəisləri dəyişdiriləcək. Vəzifədən çıxarılması gözlənilən generallar – SİYAHI
25 Oktyabr 2013 12:27 SiyasətHərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev və Müdafiə Nazirliyinin İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayevdən sonra Müdafiə Nazirliyində xeyli sayda generalın vəzifəsindən çıxarılacağı gözlənilir.
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatlarına görə, yaxın günlərdə Müdafiə Nazirliyində yüksək vəzifə tutan bir neçə şəxsin - Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədovun, tərbiyəvi işlər idarəsinin rəisi general-mayor Vaqif Məmmədovun, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfovun vəzifələrindən çıxarılması gözlənilir. Şəmkir, Beyləqan, Bakı hərbi birləşmələrinin rəhbərləri - generallar Rövşən Əkbərov, Ayaz Həsənov, Kərim Vəliyevin vəzifələrindən çıxarılması və ya vəzifələrinin dəyişdirilməsi gözlənlir.
Digər dəyişiklik Müdafiə Nazirliyinin maliyyə, maddi-təchizat idarələrinin rəhbırləri ilə bağlı olacaq. Eyni zamanda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərliyinin və əməkdaşlarının dəyişdirilməsi gözlənilir.