Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olundu
24 Oktyabr 2013 23:21 SiyasətAzərbaycan müdafiə nazirinin yeni müavini təyin olunub. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, yeni nazir müavini və Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirovdur.R.Tahirov Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət edib. O, bu təyinata qədər Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisinin müavini vəzifəsində çalışıb.Qeyd edək ki, bu gün müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev vəzifəsindən azad olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00