Dağlıq Qarabağ probleminin həlli strateji vəzifələrdən birincisidir - FİKİR

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən strateji vəzifələrdən birincisidir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilı çıxış edən parlamentin  beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, edəcək və təcavüzkar qüvvələr işğal olunmuş Azərbaycan ərazisindən çıxarılacaq. Yap.org.az saytına müsahibədə millət vəkili bildirib ki, president İlham Əliyev də dəfələrlə bunu bəyan edib: "Oktyabrın 19-da andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev bu məsələ ilə əlaqədar prinipial mövqeyini bir daha bəyan etdi. Məhz bu cür qətiyyətli və prinsipial mövqeyin fonunda Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli naminə bütün resurslarından səmərəli istifadə etməkdə və aktiv, hücumçu diplomatiya həyata keçirməkdədir. Bunun da qanunauyğun nəticəsidir ki, son illərdə bütün beynəlxalq qurumlarda münaqişəyə münasibət getdikcə dəyişir, reallıq aydın olmağa başlayır". Millət vəkili onu da deyib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllini çətinləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00