“İkili standartlar Avropa Parlamentinin divarlarında da özünü göstərir” - AÇIQLAMA
24 Oktyabr 2013 19:06 Siyasət"Azərbaycan Avropa Parlamentinin üzvü deyil və bu təşkilatın qarşısında da hansısa bir öhdəliyi yoxdur. Ona görə də, Avropa Parlamentinin qəbul etdiyi sənəddə Azərbaycandakı prezident seçkiləri ilə bağlı mövqeyi deklorativ xarakterli sənəd olaraq sadəcə ictimai rəyə yönəlib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı səsləndirib. Bildirib ki, Avropa Parlamentinin keçirilən azad, ədalətli, şəffaf və demokratik seçkilərə ikili yanaşma ilə münasibəti təssüf doğurur: "İkili standartlar Avropa Parlamentinin də divarlarında özünü göstərməkdədir. Avropa Parlamentinin müşahidə missiyası da seçkiləri izləyib və bu müşahidə missiyası seçkilərə müsbət rəy verib. Bunun fonunda Avropa Parlamenti qəbul etdiyi qətnamədə başqa mövqe ortaya qoyur. Bu da qurumun məsələyə ikili yanaşmasının təzahürüdür!.