BMT: "Yoxsulluq və işsizlikdir Ermənistanın ən ciddi problemləridir"
BMT-nin İrəvan ofisi bu iki problemin həlli üçün tədbirlər planı hazırlayır
24 Oktyabr 2013 18:43 Siyasət
Yoxsulluq və işsizlik Ermənistanın ən ciddi problemləridir. ANS PRESS-in Ermənistanın "arka.am" saytına istinadən verdiyi məlumata görə, bunu BMT-nin Ermənistandakı daimi nümayəndəsi Bredli Buzeto deyib. Onun sözlərinə görə, bu iki problemin həlli üçün BMT-nin İrəvan ofisi yeni iş yerlərinin açılmasında Ermənistan rəhbərliyinə kömək məqsədilə tədbirlər planı hazırlayır. B.Buzeto bildirib ki, bundan əlavə, Ermənistan hökuməti ilə birlikdə, Ermənistanda kiçik və orta sahibkarlığın inkişafı üçün daha əlverişli şərait yaratmağa çalışırlar. Bu məqsədlə BMT kasıblıq və işsizliklə mübarizədə dünya təcrübəsini də araşdırır.
O, həmçinin bildirib ki, BMT-nin İrəvanda yerləşən ofisi korrupsiya və ətraf mühitin mühafizəsi, uşaq evləri və Suriya Ermənistana gəlmiş qaçqınlara yardım üçün çalışır.
Ermənistanın baş nazir Tiqran Sarkisyan əhalinin 32,5%-nin yoxsulluq həddindən aşağı yaşadığını bildirib. Ermənistanın Milli Statistika İdarəsinin məlumatına görə, bu ilin II rübündə ölkədə işsizlik səviyyəsi 16,2% təşkil edib.