DAK-dan Urmiya gölü ilə bağlı bəyanat

Dünya Azərbaycanlıları Konqresi Urmiya gölü ilə bağlı bəyanat yayıb. Konqresdən "OLAYLAR"-a daxil olan bəyanatın mətnində qeyd olunub ki, Urmiya gölündəki ekoloji fəlakətin fəsadları getdikcə artmaqdadır. Belə ki, son günlər Urmiya gölündən qalxan duz kütlələri Azərbaycan vilayətlərini öz ağuşuna alıb. Artıq duz kütlələri bölgənin iqliminə, o cümlədən də əkin yerləri üçün ciddi təhlükəyə çevrilməyə başlayıb. Duzla qarışıq toz dumanı havanı çirkləndirib və görmə məsafəsini qısaldıb, nəticədə insanların səhhətində də problemlərə yol açıb. Bütün bunları nəzərə alaraq Dünya Azərbaycanlıları Konqresi bir daha İran rejimini Urmiya gölünü xilas etmək üçün lazımi addımlar atmağa, eyni zamanda BMT başda olmaqla bütün beynəlxalq təşkilatları belə bir böyük ekoloji fəlakətəə biganə qalmamağa çağırıb.

Qeyd edək ki, Urmiya gölü Güney Azərbaycanın quzey-qərbində və Xəzər dənizinin güneyində yerləşir. Güney Azərbaycanın ən böyük gölü olan bu göl dünyanın ikinci duzlu gölü kimi UNESCO-da təbii xəzinə kimi tanınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00