"Ümid edirik ki, bələdiyyə seçkilərində uğur qazanacağıq”

"Prezident seçkilərindən sonra Ədalət Partiyası təşkilati işlərin canlandırılması ilə məşğuldur". Belə bir açıqlama ilə çıxış edən partiyanın sədr müavini Mütəllim Rəhimli "OLAYLAR"-a deyib ki, seçkilər hansı rayon təşkilatlarımızın zəif və ya güclü olmasını üzə çıxardı: "Ona görə də biz indi mövcud olan bu obyektiv situasiyadan istifadə edərək mühüm qərarlar vermək niyyətindəyik. Təşkilatlanma işlərimiz bilavasitə qarşıdan gələn bələdiyyə seçkilərinə hesablanıb. Ümid edirik ki, bələdiyyə seçkilərində daha çox uğur qazanacağıq". Mütəllim Rəhimli bildirib ki, bununla yanaşı partiyanın Ali Məclisinin iclasına hazırlıq işləri də aparılır: "Prezident seçkilərindən sonra bu iclasın keçirilməsi çox vacibdir. Həm seçkilərin nəticələrini müzakirə, həm də partiyanın perspektiv addımlarını müəyyən etmək üçün bütün rayon təşkilatlarının təmsilçiliyi ilə bir yığıncaq keçirilməsi zəruridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00