Səfirliklərdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri olsun
22 Oktyabr 2013 18:29 Siyasət"Xarici ölkələrə səfir təyinatı zamanı Diasporla İş üzrə Dövlət Komitəsi ilə razılaşma əldə edilməlidir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir təkliflə çıxış edən Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov deyib ki, səfir postu tutmaq istəyən şəxs barədə Dövlət Komitəsinə məlumat verilməlidir: "Yaxud Azərbaycanın bütün səfirliklərində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi də ola bilər. Onsuz da bu funksiyanı Xarici İşlər Nazirliyi həyata keçirir. Bu məqsədlə XİN-ə ayrılan maliyyə vəsaiti Diasporla iş üzrə Dövlət Komitəsinə ayrılsın". Nüsrət Məmmədovun sözlərinə görə, diasporun təşkilatlanması işində, onun hüquqlarının qorunmasında, bunun çox böyük xeyri olardı".