Deputatlarımız Baltik forumuna qatılacaqlar

Milli Məclisin deputatları Fuad Muradov, Çingiz Əsədullayev və Rövşən Rzayev oktyabrın 23-də Latviyanın Riqa şəhərinə səfərə yola düşəcəklər. Bu barədə Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, deputatlarımız Baltik forumunda iştirak edəcək, müzakirə olunan məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildirəcəklər.  Səfər oktyabrın 26-da başa çatacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00