Bayrağın asılma qaydaları etiraz doğurdu

Milli Məclisdə "Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanun layihəsinə dəyişik zamanı millət vəkilləri məsələ ilə bağlı etirazlarını bildiriblər. Deputat Aqil Abbas tədbirlərdə və beynəlxalq görüşlərdə bayrağın şaquli vəziyyətdə asılarkən hansı rəngin birinci gəlməsi məsələsinə toxunub. " Bizim bayrağı İranda tərs asdılar, Azərbaycan ayağa qalxdı. Xahiş edirəm ki, parlament bunun asılma formasını qəbul etsin. Yuxarıdan aşağı asılarkən yaşıl rəng birinci gəlməlidi, yoxsa mavi?" Onun sözlərinə görə, Müdafiə Nazirliyinin tədbirlərində, Türkiyədə birinci yaşıl rəng tərəf önə çəkilir. "Bu bayrağa görə milyonlarla azərbaycanlı ölüb. Harada islam güclüdür, orada yaşıl qabaqdadır. Bu ciddi məsələdir. Bayraq aşağı asılanda necə olmalıdır?".

Vitse-spiker Ziyafət Əsgərov bildirib ki, bayraq yuxarıdan aşağı asılarkən soldan sağa birinci mavi rəng gəlir. "Burada nə ciddi problem var?". Millət vəkili Sabir Rüstəmxanlı dövlət müəssisələrinin bayrağa biganəliyindən şikayət edib. O,bildirib ki, dövlət idarələr, nazirliklər və komitələrin qarşısında bayraq asılmır. "Bu bizim qanunda da var, Bəs niyə buna əməl etmirlər?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00