Araz Əzimov: "ATƏT doğrudan da bütün üzv ölkələrin təşkilatı olmalıdır"
21 Oktyabr 2013 12:47 SiyasətAzərbaycan ATƏT-in üzvüdür və istərdik ki, bu təşkilatda son vaxtlar müşahidə etdiyimiz mənfi tendesiyaların qarşısı alınsın. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-lə əməkdaşlıq məsələsinə münasibət bildirərkən jurnalistlərə deyib.
A.Əzimov hesab edir ki, bu təşkilat doğrudan da bütün üzv ölkələrin təşkilatı olmalıdır: "İkili standartlar əsasında yanaşmalara yol verilə bilməz və verilməməlidir. Bu cür təşkilat çərçivəsində Azərbaycan öz fəaliyyətini davam etməyə hazırdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00