Londonda Azərbaycanın Avropaya inteqrasiya modelindən danışılacaq
18 Oktyabr 2013 17:37 SiyasətAzərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasın və Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin dəstəyi ilə London şəhərində "Azərbaycanın Avropaya İnteqrasiyası Modeli" mövzusunda Forum təşkil edəcək. Təşkilatdan "OLAYLAR"-a daxil olan məlumata görə, Forumda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, mərkəzin aparıcı elmi işçisi, enerji üzrə ekspert Gülmira Rzayeva və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "TASİM/EuroCA" layihəsinin aparıcı mütəxəssisi Səbinə Həsənova çıxış edəcəklər.