Azərbaycanlılar haqqında mənfi obraz yaratmağa çalışırlar
18 Oktyabr 2013 17:35 Siyasət"Çox təəssüflə qeyd etmək istəyirik ki, son günlər Rusiyada azərbaycanlılar haqqında məyyən dairələr mənfi obraz yaratmağa çalışırlar". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirlər Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin Orxan Zeynalovla bağlı məsələyə sərgilənən mövqeyində əks edilib. Qeyd olunub ki, cinayətkar hər millətin və hər dövlətin içində var: "Əgər cinayətkar olmasa hüquq mühafizə orqanlarına nə ehtiyac olardı? Ən yaxın tariximizə nəzər salsaq görərik ki, 20 Yanvar faicəsini bizim başımıza gətirənlərin əksəriyyəti rus xalqının nümayəndələri idi. Amma Azərbaycan xalqı Rus xalqını heç zaman düşmən olaraq görmür, nədə ki, rus xalqına qarşı nifrət hissi yaratmışdı. Sadəcə və sadəcə 20 Yanvar faicəsinin təşkilatçılarını cinayətkar hesab edir. Bütün bunları nəzərə alaraq Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi hesab edir ki, Rusiyanı idarə edən insanlar papaqlarını qarşılarına qoyub fikirləşsinlər və rus xalqını kiçiltməsinlər. Həmvətənlilərimizə qarşı edilən bu haqsızlığı qınayır, cinayətkarların cəzalarının tez bir zamanda çatmasını arzulayırıq. Ümid edirik ki, Azərbaycan və rus xalqının arasındakı dostluğu kimsə sarsılda bilməz".