Konstitusiya Məhkəməsi prezident seçkiləri ilə bağlı qərarını sabah verəcək
18 Oktyabr 2013 15:44 SiyasətKonstitusiya Məhkəməsi oktyabrin 19-da prezident seçkilərinin yekunu barədə Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi protokolun təsdiq olunması məsələsinə baxacaq. Xatırladaq ki, oktyabrın 17-də keçirilən MSK-nın iclasında prezident seçkilərinin yekunu barədə qurumun protokolunun təsdiq edilməsi məsələsinə baxılıb. Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, seçkilərin nəticələri üzrə MSK-nın yekun protokolu tərtib edilərək 17 komissiya üzvü tərəfindən imzalanıb. Protokolun təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilməsi qərara alınıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00