Orxan Zeynalovun həbsindən şikayət veriləcək
Qətldə ittiham edilərək saxlanılan azərbaycanlının vəkili Viktor Anikuşkin məhkəmənin qərarı ilə razı olmadıqlarını deyib
18 Oktyabr 2013 14:31 SiyasətMoskvanın Presnensk Rayon Məhkəməsinin Orxan Zeynalov barəsində dekabrın 10-na qədər seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı qərarından şikayət veriləcək. ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə O.Zeynalovun vəkili Viktor Anikuşkin açıqlama verib. Onun sözlərinə görə, məhkəmənin qərarı ilə razı deyillər:
"Biz bu qərarla qəti razı deyilik və üç sutka ərzində qərarı şikayət etmək niyyətindəyik".
Qeyd edək ki, Orxan Zeynalov məhkəmə prosesi zamanı özünü müdafiə etməkdən imtina edib. Onun hüquqlarını vəkili qoruyub.
Xatırladaq ki, Moskvanın Presnenski məhkəməsi Y.Yerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.