“Orxan Zeynalov planı” Putinin sifarişidir?

Mirzə Sakit: “Məsələ ətrafında baş verən hadisələr Rusiyanın başqa məqsədlərindən xəbər verir”

"Rusiyanın kriminal ölkə olduğunu bilirik və bütün günü federasiya boyu yüzlərlə qətllərin törədildiyi barədə məlumatlıyıq. Amma bu vaxta qədər hansısa cinayətdə təqsirləndirilən şəxsin Rusiyanın daxili işlər nazirinin qəbuluna gətirildiyinin şahidi olmamışıq. Ola bilər ki, Orxan Zeynalovun DİN rəhbərinin kabinetinə gətirilməsi və "cinayət səhnəsi"nin görüntülənməsi məhz cənab Putinin sifarişi ilə olub. "Orxan Zeynalov məsələsi" Rusiyanın tamam başqa məqsədlərindən xəbər verir. Haranısa partlatmaq üçün fitilə bir qığılcım da bəs edir. Ümumilikdə isə Orxan Zeynalov ətrafında cərəyan edən hadisələrdən sonra Rusiyada yaşayan azərbaycanlıların bu ölkədən çıxarılması mümkündür" - "OLAYLAR"ın xəbərinə görə satirik şair Mirzə Sakit "Facebook" ünvanında paylaşdığı statusda belə deyib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00