“Burda erməni faktorunun olduğunu düşünürəm”

"Orxan Zeynalovu məhkəmənin qərarı olmadan, törətdiyi cinayət sübuta yetirilmədən cinayətkar adlandırmaq, özu bir ədalətsizlik, insanlığa qarşı zorakılıqdı". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri facebook profilində millət vəkili Adil Əliyev qeyd edib. Millət vəkili bildirib ki, bu tipli cinayətlər bütün ölkələrdə bəlkə də hər gün törədilir: "Əlimizdə Rusiya DIN-nin baş vermiş hadisələrin statistikası olsaydı, görərdik ki, Rusiyanın başqa regionunda həmin vaxt bu tipli başqa bir hadisə də törədilib. Bu cinayət hadisəsini  Orxan Zeynalov yox, başqa birisi də törətsəydi, onu böyük bir olaya çevirəcəkdilər. Sadəcə kimlərəsə bu hadisə göydən düşmə oldu. Və çox bacarıqla bu hadisəni, miqrantlara və miqranların çörək pulu qazandığı meyvə-tərəvəz bazarları ilə əlaqələndirdilər və bağladılar. Burda erməni faktorunun olduğunu düşünürəm". Millət vəkili deyib ki, biz hər dəfə böyük uğur qazandıqca, bu tipli təxribatlarən  ola biləcəyini düşünməliyik.  Öz vətəndaşlarımızı bu cür təxribatlara şərait yaradan hadisələrin törədilməsinin qarşısını almağa cağırmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00