Rus millətçiləri Moskvadakı “Qız qalası” restoranının şüşələrini sındırıblar
17 Oktyabr 2013 16:40 SiyasətMoskvada fəaliyyət göstərən və azərbaycanlılara məxsus olan "Qız qalası" restoranı rus millətçilərinin hücumuna məruz qalıb. AZADİNFORM xəbər verir ki, neşə illərdir fəaliyyət göstərən restoranın şüşələrini sındırıblar. "Kimsə bayıra çıxıb çörək ala bilmir. Rus millətçiləri qarşılarına çıxan azərbaycanlılara işgəncə verirlər. Hamı evdə oturub. Zəruri işi olanlar tanıdıqları taksilərin xidmətlərindən istifadə edirlər" - deyə bu barədə Moskvada yaşayan bir azərbaycanlı deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00