Deputat Elnarə Akimova Seçicilərlə Görüş Keçirdi

5 noyabr 2024-cü il tarixində 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova seçiciləri ilə növbəti qəbulunu keçirdi. Görüş zamanı seçicilər öz problemlərini, təkliflərini və onları narahat edən məsələləri deputatla bölüşdülər. Qaldırılan mövzular əsasən sosial, iqtisadi, qonşuların yaratdığı nigaranlıq və işsizlik məsələlərini əhatə edirdi.

Deputat Elnarə Akimova vətəndaşların müraciətlərini diqqətlə dinləyərək onların həlli istiqamətində müvafiq addımlar atacağını vurğuladı. O, seçicilərinin rifahını artırmaq və problemlərinin həllinə kömək etmək üçün davamlı olaraq çalışacağını qeyd etdi. Görüşün əsas məqsədi vətəndaşların səsini birbaşa dinləmək və onların ehtiyaclarını daha dərindən anlamaq olub.

Bu cür görüşlər vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunması və onların problemlərinin Milli Məclisdə işıqlandırılması baxımından önəmli rol oynayır. Elnarə Akimova, hər bir müraciətin diqqətlə araşdırılacağını və müvafiq qurumlarla əməkdaşlıq şəraitində həll edilməsi üçün səylərin göstəriləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31