Ermənistan BRİKS-ə qoşulmayacaq

BRİKS-ə qoşulmaq məsələsi Ermənistan hakimiyyətinin gündəmində deyil. 

Olaylar xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan parlamentdə jurnalistlərə bildirib.

Baş nazir Nikol Paşinyan Kazanda keçirilən BRİKS sammitində iştirak etdikdən sonra onunla bu mövzunu müzakirə edib-etmədiyi barədə suala Papoyan mənfi cavab verib.

"Belə məsələlər müzakirə olunmayıb... Bu, gündəmdə deyil".

Xatırladaq ki, oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilib və orada Paşinyan da iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31