Azərbaycanın belə tədbirə ev sahibliyi etməsi çox böyük əhəmiyyət daşıyır - Şamil Ayrım

Azərbaycanın iqlim dəyişikliyi mövzusunda Dini Liderlərin Qlobal Sammitinə ev sahibliyi etməsi çox böyük əhəmiyyət daşıyır.

Olaylar xəbər verir ki, bunu Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində Böyük Millət Məclisinin (TBMM) deputatı Şamil Ayrım deyib.

O bildirib ki, ərazi bütövlüyünü təmin etdiyi bir zamanda bu daha da önəm daşıyır.

"Dinlərdə ekologiyanı qorumaq vacib məsələ kimi təbliğ olunur. Din iqlim dəyişikliyi ilə mübarizədə güclü rol oynaya biləcək amillərdən biridir", - deyə deputat qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31