Üçrəngli bayrağımız dörd ildir işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır- ÖZƏL

"Artıq dörd  ildir ki, bütün tarixi günləri, bayramları Zəfər ovqatında qeyd edirik". "Olaaylar" xəbər verir ki, bunu YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev deyib: "9 Noyabr- Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Sərəncamda da qeyd edildiyi kimi,  Azərbaycan  müstəqilliyini bərpa etdikdən sonra  Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bayrağımız milli qürurumuz, kimliyimizdir. Üçrəngli bayrağımız dörd ildir işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. Zəfər ruhlu Dövlət Bayrağı Günün mübarək, qalib  Azərbaycan xalqı!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31