Gürcüstanın daxili siyasətinə təzyiq göstərmək Qərbin əsas mahiyyətidir- ÖZƏL
18:03 Siyasət"Gürcüstan hazırda Qərblə özünün apardığı müstəqil siyasət arasında sıxışıbdır. Təəssüf ki, Qərb parlament seçkilərindən sonra yaranmış vəziyyətdə sözün əsl mənasında sabotaj edir".
Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Olaylar.az-a açıqlamasında bildirib:
"Bunun da əsas məqsədi odur ki, Qərb parlamentdə üstünlüyü ələ keçirə bilmədi, "Gürcü Arzusu"nun hazırda həlledici faizə yaxın reytinqi ona imkan verir ki, hakimiyyəti öz əlində saxlasın. Amma konstitusion güc yetərli deyil. Bu mənada bir az kövrək bir qələbə əldə edib. Bu qələbə müvəqqəti xarakter də daşıya bilər. İndiki vəziyyətdə Gürcüstanın kövrək daxili siyasətinə təzyiq göstərmək Qərbin əsas mahiyyətidir".
Zeynəb Rzayeva
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31