BDM İlham Əliyevə təbrik məktubu göndərib
14 Oktyabr 2013 17:16 SiyasətBeynəlxalq Diaspor Mərkəzi İlham Əliyevə növbəti dəfə prezident seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb. Mərkəzdən "OLAYLAR"-a daxil olan məlumata görə, məktubda qeyd edilir ki, bu inamlı qələbə Sizin yüksək siyasi nüfuzunuzun, ölkənin iqtisadi-siyasi, sosial-mədəni inkişafında, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizin nəticəsidir: "İnanırıq ki, bütün istiqamətlərdə olduğu kimi diaspor sahəsində də yeni-yeni addımlar atılacaq, bu sahənin inkişafı sürətli hal alacaq. Çünki Siz Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olaraq xaricdə yaşayan azərbaycanlılara xüsusi diqqət və qayğı göstərirsiniz. Əminik ki, bu qayğı növbəti 5 il ərzində də davam edəcək. Çünki xarici ölkələrdə yaşayan azərbaycanlılarla işin aparılmasına xüsusi diqqət yetirir, diasporumuzun inkişafına yaxından dəstək olursunuz. Sizi dünya azərbaycanlıları adından, həmçinin, Beynəlxalq Diaspor Mərkəzinin xaricdəki nümayəndəlikləri və bütün üzvləri adından yenidən prezident seçilməniz münasibətilə təbrik edir, fəaliyyətinizdə daim uğurlar arzulayırıq".