Sərdar Cəlaloğlunun istefası qəbul edilmədi
14 Oktyabr 2013 17:12 SiyasətOktyabrın 14-də Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin iclası keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, Həsrət Rüstəmovun sədrliyi ilə keçirilən iclasda oktyabrın 9-da keçirilən prezident seçkilərinin nəticələri və ADP sədri Sərdar Cəlaloğlunun partiya sədrliyindən istefa ərizəsi müzakirə edilib. Aparılan müzakirələrin nəticəsi olaraq İdarə Heyəti sədrin istefasını qəbul etməyib və növbəti qurultayın çağrılması qərara alınıb. Qurultaya qədərki müddətdə partiya sədri və digər strukturların öz ləahiyyətlərinin davam etdirməsi məqsəduyğun sayılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00