Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər
14 Oktyabr 2013 17:08 SiyasətBosniya və Herseqovinanın kommunikasiya və nəqliyyat naziri Damir Hadziç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz müasir Azərbaycanı daha da inkişaf etdirmək uğrunda səylərinizin xalq tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir. İnamlı qələbəniz şəxsiyyətinizdən və dahi insan və lider Heydər Əliyevin müəyyənləşdirdiyi məqsədlərin həyata keçirilməsində qazandığınız uğurlardan xəbər verir.
Zati-aliləri, Sizi - Bosniya və Herseqovinanın dostunu bir daha təbrik edirəm. Ən yaxın vaxtlarda Bosniya və Herseqovinaya səfər edərək, Sizi həqiqi qardaş və dost kimi qarşılamaq imkanı qazanmaq ümidi ilə ən xoş arzularımı çatdırıram".
***
İordaniya Senatının sədri Tahir Əl-Masri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi ifadə etməkdən dərin məmnunluq hissi duyur və bildirirəm ki, bu seçim müdrik Azərbaycan xalqının Sizə və Sizin apardığınız uğurlu islahatlara inamının göstəricisidir.
Sizi qələbə münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı arzulayır, qardaş Azərbaycan Respublikasına uğurlar diləyirəm. Əminəm ki, İordaniya və Azərbaycan parlamentləri arasında mövcud olan sıx əməkdaşlıq qardaş ölkələrin rifahı naminə daha da möhkəmlənəcəkdir.
Allah işlərinizi uğurlu etsin".
X X X
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayıram.
Seçkilərdə qazandığınız dəstək onu sübut edir ki, Sizin vətəndaşlar ölkədə həyata keçirilən tərəqqini qiymətləndirərək dövlətin idarə olunmasını Sizə etibar etmişlər.
Əminəm ki, ölkələrimizin uğurlu siyasi və iqtisadi əməkdaşlığı bundan sonra da davam edəcəkdir. İnanıram ki, bu əməkdaşlıq xalqlarımız üçün faydalı olacaqdır".AzərTAc