Kommunistlərə Azərbaycanda keçirilən prezident seçkiləri barədə məlumat veriləcək
14 Oktyabr 2013 14:18 SiyasətAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov 16 oktyabr 2013 -cü ildə, RFKP MK - nın plenumunda və KPİ - Sov. İKP İcraiyyə Komitəsinin iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşəcək. Bu barədə "Olaylar"a məlumat verən AKP MK sədri Rauf Qurbanovun sözlərinə görə, Azərbaycan kommunistlərinin lideri hər iki tədbirdə çıxış edərək hal -hazırda AKP -nin durumu və 09 oktyabr 2013 -cü ildə Azərbaycan Respublikasında keçirilmiş prezident seçkiləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verəcək. Səfər çərçivəsində Rauf Qurbanov tədbirə qatılmış KPİ - Sov.İKP - yə daxil olan respublika komitələrinin rəhbərləri ilə partiyalar arasında əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə dair ikitərəfli görüşlər də keçirəcəkdi. Səfər oktyabrın 20-də başa çatacaq.