“Mitinqdən sonrakı təxribatda Əli Kərimlinin “izi”ni gördüm”

Milli Şuranın oktyabrın 12-də keçirdiyi mitinqdən sonra bir qrup gənc ictimai asayişi pozduğuna görə həbs olunub. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a verdiyi açıqlamada baş vermiş hadisənin birbaşa təxribat olduğunu bildirib. Onun sözlərinə görə, müxalifət qəsdən gənclərin həbsi üçün şərait yaradır: "Yenə gənclərdən istifadə edirlər. Qəsdən bunu edirlər ki, bütün dünyaya hakmiyyətin gəncləri həbs etdiyini bəyanlasınlar". Niyaməddin Orduxanlı deyib ki,  mitinqdən sonrakı təxribatda Əli Kərimlinin "izi"ni gördüm: "Bütün videolarda Əli Kərimlinin dəstəsinin üzvüləridir "səs-küy" salan. Burada. Əli Kərimlinin xətti acıq şəkildə görünürdü". Onun sözlərinə görə, Əli Kərimli öz çirkin niyyətini gənclərin həbsi üzərində qurmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00