Gürcüstanda çox ciddi proseslər baş verir- ÖZƏL

"Gürcüstanda çox ciddi proseslər baş verir. Qərbin kolonialist və özünü hegemon görən qüvvələr tərəfindən müəyyən sınaqlara çəkilir. Onların əsas istək və məqsədləri Gürcüstanda marionet bir hökumət qursunlar və istədiklərini həyata keçirsinlər".



Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Ona görə də Gürcüstandan ötəri onlar beşinci kolon fəaliyyətini həyata keçirirlər. Hərçənd ki, Gürcüstan höküməti son aylarda aldığı qərarlarla beşinci kolonun fəaliyyətini ciddi şəkildə önləyibdir. Gürcüstan hökuməti bu gün Qafqazda balanslı siyasət həyata keçirməyə çalışır. Rusiyayla münasibətləri yaxşılaşdırır, Azərbaycan və Türkiyəylə münasibətlərini normal şəkildə saxlayır və s. Digər tərəfdən də Qərblə bərabərhüquqlu iki tərəf kimi çıxış etməyə çalışır. Təəssüflər olsun ki, kollektiv Qərbdə hələ də özünü dünyanın ağası olaraq görənlər olduğu üçün Gürcüstanın bu xoş niyyətini başa düşməyərək kolonialist fəaliyyətlərini davam etməyə çalışırlar. Gürcüstan seçkilərdə bu məsələ baxımından çox ciddidir. Ümid edirəm ki, Gürcüstan xalqı da artıq baş verən prosesləri başa düşür. Ona görə də "Gürcü Arzusu" oranın ən tanınmış partiyalarındandır və son seçkilərin də qalibi olmuşdur. Böyük ehtimal üzümüzə gələn seçkidə də "Gürcü Arzusu" hakimiyyətdə qalacaq. Bu həm Azərbaycan-Gürcüstan, həm də Qafqazdakı bütün proseslər üçün uğurlu, həmçinin Qərbdə bölgəmizi qarışdırmaq istəyənlərə qarşı da önəmli bir mesaj olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31