Xalq Prezidentin siyasətini dəstəkləyir- ÖZƏL

"Müstəqillik bir dəfə əldə edilən aksiyadır, amma onu qoruyub  saxlamaq uzun müddət və gərgin əmək tələb edir".  "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, birinci vitse-spiker Əli Əhmədov deyib: "İlham Əliyevin Qarabağ savaşında əldə etdiyi qələbə ölkəmizə qarşı təzyiqlərin artması ilə müşahidə olunur. Artıq ölkəmizə qarşı müxtəlif təhdid və təzyiqlər başlayıb. Bütün bunlara baxmayaraq, İlham Əliyevin yürütdüyü siyasət bu təzyiqlərə qarşı sipər çəkib. Bu cür təhdid və təzyiqlər Azərbaycan cəmiyyətinin monolitliyini daha da artırır. Xalq Ptrezidentin siyasətini dəstəkləyir. Hazırda xalqın birliyi daha möhkəm amilə çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31