Zəngilanın strateji mövqeyi xüsusi əhəmiyyətə malikdir- ÖZƏL

"Zəngilan rayonu strateji mövqeyi və təbii resursları ilə xüsusi əhəmiyyətə malikdir.  Ermənistanın Zəngilan rayonunun tarixi, dini və memarlıq abidələrinə qarşı həyata keçirdiyi vandalizm aktları regionun tarixi mirasına ciddi zərər vurub. Rayonun İmam Hüseyn məscidi, Məmmədbəyli kəndindəki Səkkizguşəli türbə kimi dini və tarixi abidələri dağıdılıb. Zəngilanın 132 kilometrlik Azərbaycan-İran sərhədi də bu dövrdə işğal altına düşmüş, lakin 2020-ci ildə tam bərpa edilmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib: "Zəngilanın azad olunması yalnız hərbi Qələbə ilə yekunlaşmadı. Bu rayon həm də Böyük Qayıdış Proqramının ilk mərhələsində bərpa olunan ərazilərdən biri oldu. Zəngilanın Ağalı kəndi ilk "Ağıllı kənd" layihəsi olaraq bərpa edildi. Bu layihə dünyanın ən müasir kəndlərindən biri olmaqla yanaşı, bölgədə "yaşıl enerji" potensialının istifadəsi ilə fərqlənir. Günəş enerjisi ilə zəngin olan Zəngilan, Qarabağda "yaşıl enerji" zonasının yaradılmasında xüsusi yer tutur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31