Prezidentin Füzuli rayonunda olması tarixi hadisə idi- ÖZƏL

"Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olması tarixi hadisə idi". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Prezident İlham Əliyevin Füzuli şəhərində üçrəngli dövlət bayrağımızı ucaltması Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri sürətlə gedir. Dövlət başçısının Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulur və açılışları edilir. Artıq Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Özbəkistan Prezidentinin təşəbüsü ilə Füzulidə inşa edilmiş orta məktəb və Qazaxıstan Prezidentinin təşəbüsü ilə qazax xalqının böyük oğlu Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzi türk xalqları arasında dostluğun rəmzinin məkanıdır. Əminik ki, tezliklə Füzuli rayonu da öz sakinləri ilə firavan günlərinə qovuşacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31