Müstəqillik Azərbaycan xalqının ən dəyərli sərvətidir- ÖZƏL

"Bu gün Azərbaycan xalqı üçün önəmli olan günlərdən biri - dövlət müstəqilliyimizin bərpasının 33-cü ildönümünü qürurla qeyd edirik. Müstəqillik hər bir xalqın ən dəyərli sərvətidir, lakin onu qazanmaq qədər qoruyub saxlamaq da olduqca böyük iradə, qətiyyət və fədakarlıq tələb edir. Azərbaycan xalqı bu çətin sınaqlardan alnıaçıq, başıuca çıxdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "1990-cı illərin əvvəllərində bərpa etdiyimiz müstəqilliyimiz təhlükə altında idi, ölkəmiz çətin sınaqlarla üzləşmişdi. Lakin Azərbaycan xalqı həmin illərdə əsl mərdlik, milli iradə göstərərək öz taleyinə sahib çıxdı. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə dövlət müstəqilliyi qorundu və inkişaf yoluna çıxdı.

Bu gün biz Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən, 44 günlük Vətən müharibəsində şanlı Qələbəni gerçəkləşdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünü tam təmin etmişik. Bu tarixi zəfər təkcə torpaqlarımızın azad olunması deyil, həm də müstəqilliyimizin sarsılmaz və əbədi olduğunu bütün dünyaya sübut etdi.

Arzum budur ki, müstəqil Azərbaycan Respublikasının bayrağı daim uca zirvələrdə dalğalansın! Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir! Yaşasın güclü, müstəqil Azərbaycan! Yaşasın azadlıq və ədalətin qalibi olan xalqımız!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31