Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub - XİN

Livandakı Səfirliyimiz öz fəaliyyətini davam etdirir.

Bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, səfirliyin heyəti qismən təxliyə olunub.

Qeyd edək ki, daha öncə xarici KİV-lərdə səfirliyimizin təhlükəsizlik səbəbilə təxliyə edildiyi barədə məlumat yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31