COP29 Azərbaycanın bu günə qədər keçirəcəyi ən mötəbər tədbirdir- ÖZƏL
17 Oktyabr 2024 16:21 Siyasət"COP29 adından da göründüyü kimi, bu istiqamətdə keçirilən 29-cu mötəbər beynəlxalq tədbirdir. Bundan əvvəl COP çərçivəsində bir sıra məsələlər, xüsusilə də iqlim dəyişikliyi ilə mübarizə istiqamətində yaddaqalan bir neçə mötəbər tədbirlər olmuşdur ki, bunların arasında Kiota protokolunun və Paris sazişinin qəbul olunduğu COP tədbirləri daha yaddaqalan və irimiqyaslı iqlim dəyişiklikləriylə mübarizə sahəsində beynəlxalq hüquqi sənədlərin qəbul olunması ilə yadda qalmışdır".
.jpg)
Bu fikirləri Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Qeyd etdiyim kimi, COP29-da da bu günə qədər müzakirə olunan və öz həllini tapmamış məsələlər yenidən beynəlxalq təşkilatların və dünya dövlətlərinin COP29 çərçivəsində müzakirə predmetinə çevriləcəkdir. Bu istiqamətdə öncəki tədbirlərdə daha çox razılaşdırılmış və konsensus əldə olunmuş qərarların qəbulu baş versin və eyni zamanda, Azərbaycan hökumətinin təşəbbüsü ilə COP29 çərçivəsində, xüsusilə də kiçik dövlətlərə dəstək məqsədilə neft istehsal edən və digər havanın çirklənməsinə daha çox təsirləri olan ölkələrin dəstəyi ilə yeni bir fondun yaradılması gözlənilir ki, bu fondun vəsaiti ilə kiçik, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizədə həmin fondun vəsaitlərindən istifadə olunsun. Hesab edirəm ki, Azərbaycanın COP29 çərçivəsində beynəlxalq iqlim dəyişikliyi ilə mübarizədə gələcəyə ən böyük töhfə bu fondun yaradılmasına nail olmaq olacaqdır. O ki qaldı COP29 ərəfəsində Azərbaycana, bəzi dövlətlərin, xüsusilə də ermənipərəst və anti Azərbaycan qüvvələrinin, Bakıda, Fransa olmaqla, Avropa strukturlarının təzyiqləri, bu, bütün hallarda beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmayacaqdı. Hesab edirəm ki, Azərbaycanın dostlarının da bu məsələdə irəliləyən mərhələdə Azərbaycana açıq dəstəyinin şahidi olacağıq. Bilirsiniz ki, Amerika Konqresində 60 konqresmenin Azərbaycana qarşı müəyyən sanksiyalarla bağlı təşəbbüs olub. Elə bax, bu təşəbbüsə qarşı Azərbaycana dost olan ölkələrdən İsrail dövlətinin tərəfindən Amerika Konqresinin bu hərəkətini pisləyən bir açıqlama yayılmışdı. Hesab edirəm ki, Azərbaycanın dostlarının da Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyasına qarşı açıq və birmənalı dəstəyinin şahidi olacağıq. Düşünürəm ki, COP29-la əlaqədar Azərbaycana qarşı Ermənistan havadarlarının göstərmiş olduğu siyasi qərəzdən irəli gələn təzyiqlər nə COP29-un nüfuzuna xələl gətirəcək həddə olacaqdır, nə də Azərbaycanı özünün prinsipial milli maraqlarından geri çəkilməyə gətirib çıxaracaqdır. Bunlar gözləniləndir. Bu tip tədbirlər ərəfəsində təzyiqlər demək olar ki, bütün ölkələrə qarşı onların əleyhdarları tərəfindən edilir. Amma güclü dövlətlər belə mərhələdə heç bir halda özünün milli maraqlarından vaz keçmir və həmin tədbirlərin də yüksək səviyyədə keçirilməsi üçün gərəkən addımlar atır. Baxmayaraq ki, Azərbaycan gənc bir dövlətdir, amma beynəlxalq tədbirlərin keçirilməsi sahəsində kifayət qədər təcrübəsi. COP29 Azərbaycanın müstəqillik tarixində həyata keçirəcəyi ən böyük, ən mötəbər tədbirdir. COP29-un bu günə qədər qazanılmış təcrübə və İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzu bu tədbir ərəfəsində Azərbaycana qarşı göstərilən təzyiqlərin qərəzli olmasına baxmayaraq, heç birinə boyun əymədən, Azərbaycana yaraşan yaraşan formada yüksək səviyyədə keçirilməsinin şahidi olacağıq".
Zeynəb Rzayeva