Bu format Cənubi Qafqaz üçün bir çox istiqamətlər üzrə faydalı ola bilər- ÖZƏL

""3+3" formatı Cənubi Qafqaz regionu üçün bir çox istiqamətlər üzrə faydalı ola bilər. Bura dövlətlərarası ticarət və iqtisadi münasibətlər, eyni zamanda Cənubi Qafqazın təhlükəsizlik problemlərinin həlli, nəqliyyat-kommunikasiya və s. sahələr üzrə intensiv əməkdaşlıq üçün tamamilə faydalı platforma xarakteri daşıyır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Çünki burda yalnız 3 Cənubi Qafqaz dövləti yox, eyni zamanda digər 3 Cənubi Qafqaz ətrafı, yəni Cənubi Qafqaza qonşu olan ölkələrin iştirakı da nəzərdə tutulur. Bu da 6 ölkə arasında çox önəmli perspektivləri açır. Digər önəmli məqam isə Cənubi Qafqazda cərəyan edən proseslərin bu regiona aidiyyatı olmayan kənar dövlətlərin, o cümlədən ABŞ, Avropa Birliyi və Fransanın kobud müdaxiləsinin bloklanması baxımından da böyük önəm daşıyır. Çünki ABŞ, Avropa Birliyi, Fransa Cənubi Qafqazda öz maraqlarını reallaşdırmaq üçün bu regionun sülh və sabitlik içində qalmasında qətiyyən maraqlı deyillər. Əksinə Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda gərginliyi artırmaq, hərbi-siyasi xaos yaratmaq, qarşıdurmanı dərinləşdirmək, hətta mümkün olarsa, yeni savaşın törədilməsi kimi addımlar atmağa cəhd göstərirlər. Bu baxımdan "3+3" formatı 3 Cənubi Qafqaz dövləti və bu regiona qonşu olan 3 digər dövlətin iştirakı ilə Cənubi Qafqazın ümumi problemlərinin ortaq maraqlar çərçivəsində həll edilməsi baxımından böyük önəm daşıyır. Bu nəticəyə nail olmağın da əsas yollarından biri "3+3" platforması daxilindəki əməkdaşlıqla Cənubi Qafqaza ABŞ və Qərbin kobud müdaxiləsinin qarşısının alınmasıdır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31