ATƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi: “Güclü demokratiya quruculuğu sahəsində gördüyünüz işlərdə Sizə uğurlar arzu edirəm"
11 Oktyabr 2013 18:19 SiyasətATƏT-in Baş katibi Lamberto Zannier Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. AZADİNFORM xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident! Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Ölkənizdə möhkəm və güclü demokratiya quruculuğu sahəsində gördüyünüz işlərdə Sizə uğurlar arzu edirəm. Sizi əmin edirəm ki, ATƏT Azərbaycan hökuməti ilə qurulmuş uzunmüddətli və faydalı əməkdaşlığı davam etdirməyə sadiqdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00