Ulu öndər hakimiyyətə qayıdışı ilə müharibənin gedişində dönüş yarandı - ÖZƏL
17 Oktyabr 2024 13:58 Siyasət"Milli xəyanətkar ünsürlərin siyasi iddiaları ilə müşayiət olunan fəaliyyətləri nəticəsində Qarabağ torpaqları sürətlə işğal altına düşdüyü bir zamanda Ulu öndər Heydər Əliyevin həmin ilin 15 iyununda hakimiyyətə qayıdışı ilə müharibənin gedişində dönüş yarandı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Ali Baş Komandan kimi onun 5 yanvar 1994-cü il tarixli əmri əsasında və birbaşa rəhbərliyi ilə həyata keçirilmiş "Horadiz əməliyyatı" rayonun tən yarısının - 22 yaşayış məntəqəsinin işğaldan azad olunması ilə nəticələndi. Bu əməliyyatın tarixi və siyasi əhəmiyyəti əsasən onunla bağlıdır ki, Azərbaycan Ordusu bu müharibədə ilk dəfə olaraq qələbə dadını hiss etdi, onun öz gücünə inamı artdı, xalqın öz rəhbərinə etimadı daha da yüksəldi. Digər tərəfdən düşmənə Azərbaycan Prezidentinin qətiyyəti, ordumuzun qüdrəti nümayiş etdirildi. Təsadüfi deyil ki, ölkənin dinc şəraitdə inkişafını təmin etmək üçün vacib şərt kimi atəşkəs barədə 1994-cü ilin may ayında Bişkek protokolunun imzalanmasında Horadiz əməliyyatı həlledici faktor rolunu oynamışdır".