İrəvan 27 sentyabrı Anım Günü kimi qeyd etməyəcək
17 Oktyabr 2024 12:26 SiyasətErmənistanda sentyabrın 27-si Anım Günü kimi qeyd edilməyəcək.
Olaylar.az xəbər verir ki, məlumatı erməni mediası yazıb.
Bildirilib ki, bununla bağlı qərar Nikol Paşinyanın iştirakı ilə keçirilən iclasda qəbul edilib.
Hökumət qərarını onunla əsaslandırıb ki, yanvarın 28-də qeyd olunan Ordu Günü təkcə Ermənistan Respublikası Silahlı Qüvvələrinin yaranması bayramı deyil, həm də ölkənin müdafiəsində əməyi olanların şərəfinə qeyd olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31