Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var - ÖZƏL
17 Oktyabr 2024 12:19 Siyasət"Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Heydər Əsədov deyib: "Bu potensialın reallaşması və xüsusən də həmin ərazilərimizdə istehsal ediləcək məhsulların daxili bazara, o cümlədən xarici bazara ixrac edilməsi baxımından hava limanlarına ehtiyac var idi. Nəzərə alsaq ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları potensial baxımından Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdırmaq imkanına malikdir, qeyd edə bilərik ki, bərpa və yenidənqurma mərhələsindən sonra bu istiqamətdə işlər daha da sürətlənəcək. Böyük Qayıdış Proqramının birinci mərhələsi çərçivəsində 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfər məskunlaşacaq. Bu gün investisiya qoyuluşları daxili mənbələr hesabına həyata keçirilir və Azərbaycan üçün vacib layihələrdir. Ölkənin mövcud potensialı sərmayələri qoymaq və tələb olunan maliyyəni qarşılamaq imkanındadır".