Ermənistan Qərb ölkələrində məqsədli şəkildə hərbi ritorikanı gündəmə gətirir- ÖZƏL

"Ermənistan məqsədli şəkildə Qərb ölkələrində hərbi ritorikanı gündəmə gətirməklə Azərbaycanla sülh prosesindən və öhdəliklərdən yayınmağa çalışır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"Regionda hazırkı konfiqurasiya, Ermənistanın əhatə olunduğu region ölkələri Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin icrasını gözləyir. Bu razılaşmalara əsasən real addımlar atılmalı, Ermənistan öz konstitusiyasına dəyişiklik etməli, Zəngəzur dəhlizi ilə bağlı addımlar atmalıdır. İrəvanın bu addımları mövcud olan regional razılaşmalardan yayınmaq və prosesi yenidən Qərbə daşımaq məqsədi güdür. Çünki artıq davamlı şəkildə görüşlər yenidən intensivləşib. MDB dövlət başçılarının görüşünün ardınca 3+3 formatında XİN başçılarının görüşü baş tutacaq. Bütün bunlar əlbəttə ki, razılaşmaların baş tutma ehtimalını labüd edir. 

Böyük ehtimal Ermənistan özünü bu formatda narahat hiss etdiyindən və öhdəliklərdən yayınmaq üçün yenidən gündəmi Qərbə daşımağa və Qərbdən öz dəstəyini daha da artırmağa çalışır. Ermənistan hələ ki, Qərbdən qarşılıqlı razılaşmalar üçün alternativ platformanın və ya hər hansı sənədin imzalanmasına nail olmayıb, lakin Rusiyanın iştirakı ilə üçtərəfli razılaşma sənədi mövcuddur. Əgər Ermənistan üçtərəfli öhdəliklərə sona qədər əməl edərsə o zaman anlayır ki, artıq Qərb onun əlindən çıxmış olacaq. Ona görə hələ ki, bu yolla İrəvan Qərbi əlində saxlamağa, prosesi uzatmağa, belə bəyənat və açıqlamalarla Qərbdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Öz mətbuatında da yalan məlumatlar tirajlayır ki, guya  Azərbaycan sülh müqaviləsini imzalamaq istəmir, eyni zamanda həm də bununla Avropa ölkələrindən maliyyə və yeni silahlar alaraq silahlanır, bu isə əlbəttə ki, regionda yeni gərginliyin yaranmasına səbəb ola bilər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31