Böyük Qayıdış Proqramının uğurlu icrasını dünya böyük maraqla izləyir

"Hazırda Böyük Qayıdış Proqramı uğurla icra edilir. Artıq bütün dünya görür ki, Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir və sarsılmazdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib: "Prezident İlham Əliyevin 2023-cü ilin 17 oktyabr tarixində, Füzuli şəhəri günü münasibətilə Füzuli şəhərində yerli sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında  maraq doğuran məqamlardan biri də Böyük Qayıdış Proqramının uğurla icra olunduğuna dair yer almış açıqlamalar idi. Həmin tarixi çıxışında dövlətimizin başçısı bildirdi ki, 2026-cı ilin sonunda 22 min insanın təkcə Füzuli rayonunda, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda isə 140 min insanın yaşaması nəzərdə tutulur. Bu gün Böyük Qayıdış Proqramının uğurlu icrasını təkcə biz deyil, artıq bütün dünya böyük maraq və heyranlıqla izləyir. Dövlətimiz tərəfindən işğaldan azad olunmuş bütün ərazilərdə insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır. Diqqətəlayiq haldır ki, bütün bu layihələri icra edərkən, məşğulluq məsələlərinə də xüsusi diqqət yetirilir. Müvafiq dövlət qurumları bu məsələ ilə bağlı ciddi addımlar atırlar ki, burada yerləşən insanların daimi məşğulluq imkanları da olsun. Böyük Qayıdış Proqramının icrasından danşarkən xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün gənc füzulililərin öz doğma torpalarına qayıtmaları da böyük  və son dərəcə qürurverici hadisədir. Uşaq, yeniyetmə və gənclərin bu torpaqları heç zaman görmədikləri halda, belə bir qərar vermələri bir çox önəmli məqamlardan xəbər verir. Bu, xalqımızın böyüklüyünü və doğma diyarına bağlılığını göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31